"İran Qarabağ münaqişəsi tərəflərindən heç birini dəstəkləmir" - General

14:37 - 11 Fevral
    9200 oxunma


“İran Dağlıq Qarabağ münaqişəsi tərəflərindən heç birini dəstəkləmir”. Bizimesr.az İran mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Quru Qoşunları komandanı Briqada generalı Kiumars Heydari deyib. 

Onun sözlərinə görə, Tehran Ermənistana və Azərbaycana mövcud fikir ayrılıqlarını həll etmək üçün alternativ hərbi yol təklif edir. "İran bölgədə özü üçün" qırmızı xətlər" təyin edib. Bu bölgənin coğrafiyasında dəyişikliklərin qarşısını almaq üçündür"- deyə general vurğulayıb.

O həmçinin qeyd edib ki, Ermənistan və Azərbaycanla ortaq sərhədləri qoruyarkən İran Silahlı Qüvvələri bu sərhədlərdən kənarda hadisələrin inkişafını yaxından izləyir. 
Heydari əmin edib ki, hazırda İranın şimal sərhədlərini heç bir təhdid gözləmir: “Hər hansı bir potensial təcavüzkar bilməlidir ki, İslam Respublikasının Silahlı Qüvvələri istənilən təhdidlərin qarşısını almağa hazırdır”.

Xatırladaq ki, bundan əvvəl İran parlamentinin sədri Məhəmməd Bağer Qalibaf,  Qarabağda hərbi əməliyyatların davam etdirilməsinin İranın şimal sərhədlərində təhlükəsizlik problemlərinə səbəb olacağını bildirmişdi.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84