. .

İran pul qarşılığında ABŞ casuslarını azad edir? - Açıqlama

11:39 - 03 May
    4043 oxunma

İran dövlət televiziyası müəyyən vəsait qarşılığında 5 xarici casusun sərbəst buraxılması haqqında məlumat yayıb.

“IRIB”ə istinadla xəbər verir ki, məlumat adının çəkilməsini istəməyən bir rəsmiyə istinadla açıqlanıb. 

ABŞ-la Tehran arasında razılığa əsasən, Birləşmiş Ştatlarda dondurulmuş İran fondunun 7 milyard dollarının qaytarılması müqabilində cəzalarının bir hissəsini çəkmiş 4 Amerika casusu sərbəst buraxılacağı elan edilib. Söhbət ata və oğul-Namazilər, ekoloq Murad Tahbaz və iş adamı Emad Edvard Şərqidən gedir.

Eyni zamanda, İngiltərənin 400 milyon funt sterlinq ödəməsi müqabilində də 1 casusun azad olunacağı bildirilib. Bu, İran əsilli jurnalist Nazənin Zərqari-Retkliffdir. Bu gün “Tehran Times” qəzetində də eyni iddianı təsdiqləyən məlumat dərc olunub.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays artıq İran dövlət televiziyasının məlumatını təkzib edib. Böyük Britaniya XİN-dən də eyni reaksiya verilib. İran XİN-in sözçüsü Səid Xətibzadə isə bu gün keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən, pul qarşılığında casus mübadiləsini təkzib edib. /Yenisabah/

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84