İran koronavirusa qarşı ilk peyvəndini sınaqdan keçirdi

14:04 - 29 Dekabr
    1430 oxunma

İran istehsal etdiyi “COVO İRAN Barakat” peyvəndini ilk dəfə insanlar üzərində sınaqdan keçirib. Tətbiq səhiyyə naziri Səid Nemeki və digər səlahiyyətli şəxslərin iştirakı ilə baş tutub. Peyvənd hazırlayan alimlər qrupuna rəhbərlik edən Məhəmməd Muhbirin qızı Tayyibe Muhbir vaksin vurulan ilk könüllü olub. 

Peyvənd bu gün daha 3 nəfərə vurulacaq. Peyvənd vurulduqdan sonra könüllülərdə şok və qızdırma kimi əlamətlər müşahidə olunmayıb. Peyvənd həm qızılca, həm də koronavirus xəstələri üçün nəzərdə tutulub.

Bildirilir ki, indiyədək İranda 65 min nəfər peyvənd olunmaq üçün qeydiyyatdan keçirilib. İlkin mərhələdə peyvənd 56 nəfərə mərhələli şəkildə vurulacaq.

Bizimxeber.az



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84