İran gəmilərini Venesuelaya göndərdi

11:45 - 15 May
    1770 oxunma

İranın ən azı beş neft tankeri  yanacaq yükü ilə Venesuelaya yola düşüb. 
Bizimxeber.az
xəbər verir ki,bu barədə  “Al-Masdar News” monitorinq xidmətlərinin hesabatına  istinadən məlumat verib.

Məlumata əsasən, artıq gəmilərdən birincisi Atlantik okeanının sularında görünüb. Bu, tarixdə İslam Respublikasından Cənubi Amerika dövlətinə ən böyük yanacaq tədarüküdür.

Qəzetin məlumatına görə, iranlıların tədarükünün asan baş verəcəyi şübhə altındadır. Çünki, ABŞ Hərbi Dəniz Qüvvələri son sutka ərzində Venesuelanın sahillərinə yaxın Karib dənizinin sularına İran tankerlərinin qarşısını ala biləcək ən azı dörd hərbi gəmi göndərib.

Qeyd edək ki, Venesuela hazırda yanacaq böhranı yaşayır və bunun səbəblərindən biri  ABŞ və onun müttəfiqlərinin ticarət blokadasıdır. İran da Amerikanın sanksiyaları altındadır.

Xatırladaq ki, Venesuela hakimiyyəti mayın 14-də BMT-yə prezident Nikolas Maduronun  ABŞ və Kolumbiyadan olan xarici qüvvələri tərəfindən öldürülməsinə cəhdlə bağlı şikayət göndərib.

Qeyd edək ki, ABŞ ordusunun xüsusi təyinatlı qüvvələrinin keçmiş döyüşçüsü və ŞTK-nın hazırkı rəhbəri Silvercorp Cordan Qudro mayın 3-də Maduronun devrilməsi üzrə əməliyyata başlandığını bəyan edib. Bununla yanaşı, “Vaşinqton Post” mənbələrə istinadən iddia edir ki, Amerika Birləşmiş Ştatları hücumu Venesuela müxalifəti ilə müqavilə əsasında həyata keçirib.
 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84