.
.

İntihar edən tələbə ilə bağlı açıqlama

12:25 - 28 Fevral
    7360 oxunma

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ötən gün intihar edən tələbəsi Seymur Əsgərovla bağlı açıqlama yayıb. AzDBTİA-dan "Qafqazinfo"ya verilən məlumata görə, Seymur Əsgərov birinci kurs tələsəbi olub:

"Seymur Əsgərovun intihar xəbərini dərin kədər və təəssüf hissilə qarşıladıq. Məşqçilik ixtisası üzrə təhsil alan Seymur onlayn dərslərdə fəallığı ilə seçilən, nümunəvi və çalışqan tələbə olub. Birinci semestrdə verdiyi bütün imtahanların hamısından müvəffəqiyyətlə keçib.

Belə nümunəvi bir tələbəsini itirən akademiyamız Seymurun ölümündən kədərlənir və onun ailəsinə bir daha dərin hüznlə başsağılı verir".

Qeyd edək ki, ötən gün Qəbələnin Zərgəli kənd sakini, 2003-cü il təvəllüdlü Seymur İlqar oğlu Əsgərov  özünü yaşadığı evin həyətindəki tövlədə asıb.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84