.
.

İntihar edən şagirdlərlə bağlı təhsil nazirindən AÇIQLAMA

22:53 - 09 Mart
    5320 oxunma


Təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında intihar edən məktəblilərlə bağlı paylaşım edib.

Bizimxeber.az xəbər verir ki, nazir hadisədən kədərləndiyini bildirib: “Abşeron rayonu, Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdlərinin intiharı bizi dərindən kədərləndirir. Ailə və yaxınlarına səbr diləyirik. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır. Allah rəhmət eləsin!”

Xatırladaq ki, bu gün günorta saatlarında iki məktəbli qız Lökbatanda yerləşən hündürmərtəbəli binanın damından özlərini ataraq intihar ediblər. İntihar edən 2005-ci il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı və 2004-cü il təvəllüdlü Səmədova Əfruz Rafiq qızı sinif yoldaşı olublar.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84