. .

“İnsanlar bekarçılıqdan, çətinlikdən, işsizlikdən, pulsuzluqdan tıncıxıb” – Xatirə İslam

11:00 - 16 İyul
    13550 oxunma

Müğənni Xatirə İslam yürüş zamanı baş verən hadisələrlə bağlı fikirlərini sosial şəbəkədə paylaşıb. O Milli Məclis Aparatına girən aksiyaçıların bunu bekarlıqdan, sıxılmaqdan, pulsuzluqdan etdiyini deyib:

"Məncə ölkəmizdə baş verən bəzi artıq hərəkətlər bekarçılıqdandır. İnsanlar "tıncıxır", nənəm demişkən. Karantin bitsə hamı işinə-gücünə getsə hər şey öz yoluna düşərdi. Sizcə doğru düşünürəm? Özünü doğramaq, Milli Məclisi sındırıb-dağıtmaq bunlar sizcə sıxılmaqdan, bekarçılıqdan, çətinlikdən, işsizlikdən, pulsuzluqdan deyilmi?!" 

Xatırladaq ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərə dəstək məqsədilə keçirilən yürüşdə Şəhidlər Xiyabanı və Azərbaycan Respublikasının Milli Məclisi qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq parlamentin inzibati binasına daxil olub. 


“İnsanlar bekarçılıqdan, çətinlikdən, işsizlikdən, pulsuzluqdan tıncıxıb”  – Xatirə İslam

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84