İnsan orqanları saxlanılan laboratoriya aşkarlandı

11:40 - 30 İyul
    4340 oxunma

Suriya hərbçiləri yerli terrorçuların insan orqanlarını saxladığı laboratoriya aşkarlayıb.  İdlibin Əl-Qadfa kəndində tapılan evin tibb işçisinə aid olduğu müəyyən edilib. Adı açıqlanmayan həmin şəxs ev şəraitində tibbi laboratoriya yaradaraq orada insan orqanları saxlayıb. 

Evə baxış zamanı şəffaf qablarda xloroform məhluluna qoyulmuş, üzərlərinə kişi və qadın adları yazılan insan orqanları aşkarlanıb. Bundan başqa, laboratoriyada başqa şəxslərin də adı, sağlamlıq vəziyyətləri haqda məlumatlar qeyd edilmiş siyahı tapılıb. 

Qeyd edək ki, Suriyada terrorçuların əsas gəlir mənbələrindən biri insan orqanlarının satışıdır. Onların nəzarət etdiyi ərazilərdə tez-tez insanlar yoxa çıxırlar. Onların orqan satışının qurbanı olduğu ehtimal edilir.

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84