“İnşallah, Kəlbəcər və Laçın da sahiblərinə təslim ediləcək” - Ərdoğan

18:05 - 09 Noyabr
    1200 oxunma

“Azərbaycan torpaqlarının işğalına səssiz qala bilməzdik. ATƏT-in Minsk qrupu heç bir həll yolu tapmadı. Həmişə baş qatdılar”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfirlərlə görüşündə deyib. Türkiyəli lider bildirib ki, Minsk qrupu münaqişənin həlli üçün laızm olan səyi göstərməyib: “Həmişə baş qatdılar. Bunu onlarla müzakirə edəndə belə həll yolu tapmadılar. Həll yolu tapmaq kimi bir dərdləri də yox idi. Dünən göz yaşları içərisində İlham Əliyev qardaşımızın Şuşanın azad edilməsindən sonrakı açıqlamasını izlədik. Bu, bir millət iki dövlət olmağın sevincidir.

Şuşanın işğaldan azad edilməsiylə sevincimiz və ümidimiz artıb. Qarabağda erməni işğalı bitənə qədər mübarizə bayrağı enməyəcək. Bir kərə yüksələn bayraq bir daha enməz. Enməyəcək. İlham Əliyev başda olmaqla, bütün azərbaycanlı qardaşlarımızı təbrik edirəm. Başda Kələbəcər və Laçın olmaqla buralar da, inşallah, sahiblərinə təslim ediləcək”.  

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84