İngiltərədə karantin yumşaldıldı

11:25 - 13 May
    625 oxunma

Böyük Britaniyada yeni növ koronavirus yayılmasına qarşı mübarizə üçün tətbiq olunan bəzi məhdudiyyətlərin bu gün aradan qaldırılması ilə ictimai həyatda normallaşma istiqamətində ilk addım atılıb.

İngiltərə hökumətinin yol xəritəsinə görə, bu gün başlayan normallaşmanın ilk mərhələsi ilə insanların çöldə artıq daha çox vaxt keçirməsinə icazə veriləcək.

Həmçinin vətəndaşlar sosial məsafə qaydalarına ciddi əməl etmək şərti ilə başqa bir ev üzvü ilə görüşə biləcəklər. Tennis meydançaları, qolf klubları və basketbol meydançaları da daxil olmaqla, açıq idman obyektlərinin istifadəsinə yenidən icazə veriləcək. Evdən işləmələri mümkünsüz olan inşaat və fabrik işçiləri iş yerlərində sosial məsafə və təhlükəsizlik qaydalarının təmin olunması şərti ilə işlərinə qayıda biləcəklər.

Bununla yanaşı yardım etmək məqsədilə edilən ziyarətlər istisna olmaqla, başqa evləri ziyarət etmək, tətilə çıxmaq, bağ evlərinə səfər etmək qadağası qüvvədə qalacaq.

Həmçinin barlar, gecə klubları, restoran və teatrların da hələ ki, bağlı qalacağı bildirilib.

Qeyd edək ki, İngiltərədə 226 min 463 insan koronavirusa yoluxub, 32 min 692 nəfər xəstəlik səbəbindən həyatını itirib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84