.
.

İngiltərə kiberhücumlara başlayır - Conson xəbərdarlıq etdi

14:14 - 14 Mart
    6800 oxunma


"İngiltərə potensial düşmənlərə qarşı kiberhücumlar təşkil etmək gücünü artıracaq". 

Bizimxeber.az bildirir ki, bu barədə baş nazir Boris Conson hökumət portalına açıqlamasında deyib. Onun sözlərinə görə, yaxın vaxtlarda kiber texnologiyaların inkişafı naminə milli təhlükəsizlik strategiyası açıqlanacaq: "Kiber məkandakı güc. 100 il əvvəlki aviasiya kimi həyat və mübarizə tərzimizdə inqilab yaratmalıyıq".

O, kiber məkana yeni hərtərəfli yanaşmanın İngilis xalqını qoruma qabiliyyətini gücləndirəcəyini və Londonun dünyadakı maraqlarını inkişaf etdirməyə kömək edəcəyini qeyd edib: "Milli Kiber Qüvvələr İngiltərənin şimalında yerləşəcək. Hər şey tezliklə baş tutacaq".

Xatırladaq ki, "The New York Times" qəzetinin əvvəlki sayında ABŞ-ın yaxın həftələrdə Rusiyaya qarşı bir neçə kiberhücum həyata keçirməyi planlaşdırdığı bildirilmişdi. Bu, 2020-ci ilin sonlarında Amerika hökumət şəbəkələrinin sındırılmasına cavab olaraq atılacaq.

Ötən həftə Rusiya dövlət qurumlarının veb saytlarında böyük bir pozuntu yaşanmışdı.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84