.
.

İngilislər Ukraynanın NATO-ya qoşulmasını dəstəkləmədi - "Daily Mail"

12:13 - 08 Aprel
    10880 oxunma

İngiltərənin məhşur "Daily Mail" qəzeti Ukraynanın NATO-ya üzvlüyü barədə oxucuları arasında sorğu keçirib.

Bizimxeber.az bildirir ki, qəzetin daimi oxucuları Ukrayna prezidenti Vladimir Zelenskinin Donbasdakı münaqişəni NATO-ya qoşulmaqla həll etmək niyyətinə dəstək verməyibər.

Sorğu iştirtakçıları əsasən "Ukrayna ilə Rusiya arasında döyüşməməyi üstün tutardım" cavabına üstünlük vereib. "Ukraynanın bir vaxtlar SSRİ-nin bir hissəsi olduğunu unutmamalıyıq. Hələ də Rusiyanın qonşusudur və oraya müdaxilə etmək bizim işimiz deyil" deyə oxucular bildirib. 

Sorğuda iki ölkə arasındakı gərginliyin artmasında günahkarın Avropa Birliyinin olduğunu qeyd olunub. “NATO“ Şimali Atlantika ”deməkdir. Ukrayna Şimali Atlantikanın hansı tərəfdir?” - deyə oxucular suallar verib.

Qəzet yazır ki, İngiltərədə siyasi ekspertlər hesab edir ki, Ukrayna tezliklə iki hissəyə ayrılacaq:"Donbasda getdikcə daha çox insan Rusiya vətəndaşlığını qəbul edir. Görürlər ki, Rusiya olduqları üçün Rusiya onları qoruyacaq. Bu nisbətdə Ukrayna ikiyə bölünəcək və Zelenski daha da çox ərazisini itirəcək".

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84