İnformasiya təxribatının qarşısını necə almalı? – Jurnalistdən maraqlı təklif

19:00 - 18 Mart
    360392 oxunma

Koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan da müəyyən tədbirlər görürür. Hökumət virusa yoluxmanın kütləvi hal almaması üçün bütün səylərini səfərbər edib. Buna baxmayaraq, cəmiyyət ciddi şəkildə narahatlıq içindədir. Əsas səbəb sosial şəbəkələrdə və müxtəlif internet resusrlarında yayılan qeyri-dəqiq məlumatlardır.

Müşahidələr göstərir ki, insanlar Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatarına o qədər inanmırlar. Bu məlumatlar real vəziyyəti əks etdirsə belə, sosial şəbəkələri bürüyən yalan xəbərlər insanların diqqətini daha çox cəlb edir və bu da təbii olaraq dezinformasiyanın miqyasını daha da genişləndirir.

Doğrudur, hökumət bunun qarşısını almaq məqsədilə müəyyən tədbirlər görür, amma şayiələrin qarşısını tam almaq mümkün deyil. Sosial şəbəkələrdə də bu məsələ ciddi müzakirə mövzusuna çevrilib. Dezinformasiyalarının qarşısını almaq üçün təkliflər irəli sürülür. Bizimxeber.az xəbər verir ki, maraqlı təkliflərdən birini də jurnalist Şəmistan Həzi irəli sürüb. “İnsanlar operativ qərərgahın məlumatlarından çox, sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş məlumatlara inanırlar və bu da ölkədə ajiotaj yaradır, hamı narahatdır, gərgindir. Bunun qarşısını inzibati yolla almaq olmur, cəza effektiv üsul deyil.

Təklif edirəm ki, vətəndaş cəmiyyəti də bir alternativ qrup yaratsın və insanları günaşırı dəqiq məlumatlarla təmin etsinlər. Ya da, Nazirlər Kabineti yanında Operativ Qərargaha insanların inanıb etimad göstərdiyi 2-3 vətəndaş cəmiyyəti nümayəndəsi də (bu tanınmış həkimlər də ola bilər) əlavə edilsin və beləliklə, operativ qərargaha güvən tam olsun. Düşünürəm ki, ajiotajı və yanlış məlumatları bu yolla aradan qaldırmaq olar”, - deyə jurnalist bildirib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84