“İndi Ermənistan 90-cı illərin Azərbaycanını xatırladır” - REAL sədri

14:15 - 24 Noyabr
    3300 oxunma

“Hazırda ermənilər 1980-90-cı illərdə azərbaycanlıların elədiyi bütün səhvləri bir-bir təkrarlayır. Bu səhvlər içində "filan rayon satıldı" kimi ittihamlar aparıcı yer tutur. Tam bizdəki kimi... Hamı satqın axtarır”.

Bunu REAL Partiyasının sədri İlqar Məmmədov deyib. “O vaxt bizdə əksər insanlar anlamaq istəmirdi ki, ermənilərin irəliləməsi onların həmin anda olan daha böyük siyasi təcrübəsi ilə bağlı idi. İndi də ermənilər həzm edə bilmir ki, Azərbaycan illər ərzində siyasi təcrübə və hərbi-texnoloji baxımdan üstünlük əldə edib, geosiyasi məqamı tutub, yüksək əqli motivasiyaya sahiblənərək qələbə qazanıb".

Partiya sədri deyib ki, bu üstünlüyü itirmək asandır:"Güney Qafqazın üç ölkəsi dərin iqtisadi inteqrasiya qurmayınca və onlar arasında siyasi münasibətlər dərin iqtisadi kök üzərində yetişməyincə öldürücü yarış təəssüf ki, davam edəcək. Siyasi rəqiblərinə qarşı xalq içində şübhə qızışdıranların ənənəsinə təslim olduğumuz anda yenə məğlub tərəfə çevrilə bilərik”,-deyə İlqar Məmmədov əlavə edib.

 
“İndi Ermənistan 90-cı illərin Azərbaycanını xatırladır” - REAL sədri
Bizimxeber.az
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi





Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84