.
.

İmkanlı azərbaycanlılar COVİD-ə görə Moskvada toy edir

23:12 - 27 Mart
    17040 oxunma


Əməkdar artist Bəsti Sevdiyeva oğlu Ayxanı evləndirib. Müğənni pandemiyaya görə övladının toyunu Rusiyada edib. Bu haqda Sevdiyeva "Zaurla Günaydın" proqramında danışıb: "Gülarə oğlumun öz seçimidir.

Qız Rusiyada yaşayırdı. Pandemiya düşdü, gördüm ki, çox uzanır. Fikirləşdim ki, uşaqlar nə qədər telefonla danışacaq. 2 ildir münasibətləri var idi. Dedik, pandemiya nə vaxt bitəcək bilmirik. Ona görə də, qərar verdik ki, Rusiyada toy edək. On günlük Moskvaya getdik, "hə", nişan, xınayaxdı oldu. Sonra da qız toyu etdik, gətirdik qızı evimizə. Hələ bizim toy olmayıb".

Gülarə stomatoloq olduğunu söyləyib.//Axşam.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84