. .

İlqar Məmmədov MSK-nın müxalifətsiz formalaşdırılmasıa etiraz etdi

13:45 - 27 Aprel
    6757 oxunma

"Real" Partiyasının sədri İlqar Məmmədov bu gün tərkibi formalaşdırılan Mərkəzi Seçki Komissiyasının üzvləri siyahısına daxil edilməmələrinə münasibət bildirib.

Bizimxeber.az bildirir ki, İ.Məmmədov MSK-da heç bir müxalif təmsilçinin olmadığını bildirib: “Milli Məclis qanuni siyasi iddiamızı rədd edərək, 5 il müddətinə yeni (köhnə) Mərkəzi Seçki Komissiyasını heç 1 müxalifət təmsilçisi olmadan təyin etdi.

Görünür seçki islahatı hakimiyyətlə dialoqumuzun gündəmindən hazırda çıxarılmalı və onun aktuallığı digər siyasi alətlər vasitəsilə bu gündəmə yenidən gətirilməlidir. Bu istiqamətdə partiyadaxili və daha geniş siyasi müzakirələrə açığıq”.

Qeyd edək ki, parlamentdə azlıq təşkil edən siyasi partiyalardan Böyük Quruluş, Ana Vətən, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş Həmrəyliyi, Demokratik İslahatlar Partiyasının namizədləri qeydə alınıb.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84