“İlin sonunadək COVID-19-a qalib gəlmək mümkün olmayacaq” - ÜST
-
13920 oxunma

“Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hazırda COVID xəstəliyinin qlobal şəkildə azalmasını müşahidə etmir, əksinə Avropada olduğu kimi, onun artımını qeydə alır”. Bunu “RİA Novosti”yə açıqlamasında ÜST-nin Rusiyadakı nümayəndəsi Melita Vuynoviç bildirib.
“Beynəlxalq əhəmiyyət daşıyan ictimai səhiyyə sahəsində fövqəladə vəziyyətin başa çatması haqqında qərar vəziyyətdən asılıdır və təəssüf ki, biz rəqəmləri görürük, ona görə də indi heç bir ehtimal edilməməlidir”, - o deyib.
“Çətin ki, bu ilin sonuna qədər tam qələbə qazanmaq mümkün olsun, lakin hospitalizə edilənlərin, ölüm və yoluxma sayının azaldılması bizim əlimizdədir”, - Vuynoviç vurğulayıb. O, pandemiyaya bütün ölkələrdə qalib gəlinməyənədək onun bitməyəcəyini bildirib.
Haqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84