İlham Əliyevlə Putin telefonla danışdı 

11:47 - 13 Avqust
    1585 oxunma

Azərbaycan tərəfinin təşəbbüsü ilə Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub. Bizimxeber.az xəbər verir ki, bu barədə Kremlin rəsmi saytı məlumat yayıb.

Telefon danışığı zamanı ikitərəfli münasibətlərin gündəmdə olan aktual mövzuları müzakirə edilib. Rusiya-Azərbaycan strateji tərəfdaşlığının bütün sahələr üzrə daha da möhkəmləndirilməsi istiqamətində atılan addımlardan məmnunluq ifadə olunub.

İlham Əliyev Vladimir Putini koronavirus infeksiyasına qarşı Rusiya peyvəndinin qeydiyyata alınması münasibətilə təbrik edib. Bu ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyətin gərginləşməsi kontekstində regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Rusiya tərəfindən gərginliyin artmasına şərait yaradacaq istənilən fəaliyyətlərə yol verilməməsinin vacibliyi vurğulanıb.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84