İlham Əliyevdən dünya dövlətlərinə çağırış: “Növbəti hərbi təcavüzdən...”

12:28 - 22 Sentyabr
    1070 oxunma

Sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli iclas keçirilib. Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev iclasda videoformatda çıxış edib. 

İclasda həm Qoşulmama Hərəkatının sədri kimi, həm də Azərbaycan Prezidenti kimi çıxış edən İlham Əliyev xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinə diqqət çəkib. Ölkə başçısı bildirib ki, Ermənistan işğal olunmuş ərazilərdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir.

İlham Əliyev həmçinin işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələrin məhv olunmasını diqqətə çatdırıb. Bununla da Ermənistanın əsl qəsbkar obrazını ortaya qoyub. Ölkə başçısı rəsmi İrəvanın təmas xəttində törətdiyi təxribatlara da toxunub. O qeyd edib ki, Ermənistan çəqsədli şəkildə qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki əhalini hədəf alır və təxribatlar törədir. Prezident əlavə edib ki, Ermənistanın baş naziri ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. 

“Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir”, - deyə İlham Əliyev vurğulayıb.  Ölkə başçısı həmçinin qeyd edib ki, təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. 

Ermənistanın bu addımları Azərbaycan üçün hərbi əməliyyatları zərurətə çevirir. Bir halda ki, rəsmi İrəvan təxribatlarından əl çəkmir, “Qarabağ Ermənistandır” deməklə danışıqlar prosesini mənasız diskursa çevirir o zaman Azərbaycanın torpaqlarını işğaldan azad etmək üçün hərbi yola əl atmaqdan başqa çarəsi qalmır. İlham Əliyev bir neçə gün əvvəl yerli telekanallara müsahibəsində bunu açıq şəkildə bəyan edib. 

BMT-nin iclasında Ermənistanın təxribat xarakterli addımlarını, təcavüzkar siyasətini davam etdirməsinə dair nümunələri diqqətə çatdırmaqla artıq başqa yol qalmadığına eyham edib.  O, “Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik” deməklə məhz Ermənistanın münaqişəni alovlandırdığına diqqət çəkib. Rəsmi İrəvanın həm də nasizmi çiçəkləndirdirməsi faktı var. Faşist general Qaragen Nijdenin milli qəhrəman elan edilməsi, ona abidə qoyulması bunun bariz nümunəsidir.

Ölkə başçısı BMT-nin iclasında bu məsələni də qabartmaqla Ermənistanın əslində həm də azərbaycanlılara qarşı etnik təmizləmə aparmaq niyyətində olduğuna işarə edib.  Faşizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir. “Mənfur nasist general Qaregin Njde milli qəhrəmana çevrilib. Ermənistanın rəsmi ideologiyasında “Azərbaycanofobiya” siyasəti hökm sürür. Gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır. Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və “Azərbaycanofob” fikirlər əks olunub”, - deyə ölkə başçısı vurğulayıb.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

[email protected];[email protected]
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84