İlham Əliyev məmura qarşı müxalif olduğu kimi cəzasını da verə bilir - Şöhrət El-Dəniz

15:15 - 12 Avqust
    1920 oxunma

Bəlağətsiz deyəcəm.  Azərbaycanda mətbuatın və qeyri-hökumət təşkilatlarının inkişafında Prezident İlham Əliyev qədər maraqlı olan çox az adam var. Son illər etdiyi bütün çıxışlarında və keçirdiyi müşavirələrdə mətbuatın inkişafına diqqətin yönəldilməsini, o cümlədən dövlət qurumlarının fəailiyyətinə nəzarət edilməsində bu təbəqənin nümayəndələrinin iştirakına dair tez-tez fikirlər bildirir, tezislər irəli sürür.

Son müşavirədə də Prezident açıq şəkildə bildirdi ki, bizim üçün böyük əhəmiyyət kəsb edən bütün layihələrin icrasında ictimaiyyət nümayəndələri iştirak etməlidirlər: ”Mən su ilə bağlı müşavirədə qeyd etdim. Alimlər, qeyri-hökümət təşkilatları, mütəxəssislər, media nümayəndələri - onlar da bu işlərdə iştirak etsinlər. Onlar öz təkliflərini versinlər. Yani, geniş ictimaiyyət gərək bu işlərə cəlb olunsun. Onda bizim işimiz daha rahat gedəcək və xərclərə nəzarət mexanizmi bir neçə təbəqədən ibarət olacaq”.

Amma…

Ölkənin bir nömrəli şəxsinin mətbuat üçün cızdığı yol xəritəsinə qarşı bəzi nazirlik, komitə, şirkət rəhbərləri yəni məmurlar niyə ciddi şəkildə müqavimət göstərirlər? Niyə gördükləri işlərin işıqlandırılması onları qorxuya salır? Niyə dediyim qurumların fəailiyyətini təftiş edib, yazdıqdan dərhal sonra dosta zəng köməyinə əl atırlar. O da alınmayanda hədə-qorxuya, şantaja keçirlər?

Təbii ki, mən və bu sahədə çalışıanlar bunun səbəbini yaxşı bilir. Bunların bir məqsədi var. Yeyib dağıtdıqlarını heç kim görməsin, heç kim danışmasın, heç kim yazmasın. Kim danışırsa, dinirsə, yazırsa, göstərirsə deməli həmin jurnalist düşməndir, ermənidir, müxalifətçidir. Yani ağıllarına gələn yarğı budur.

Təəssüf ki, heç biri demir qardaş düz yazıbsan. Qaldırdığın problemi həll edib, düzəldəcəyik. Günahkarları cəzalandıracağıq. Yox elə şey olar? Mütləq şantaja, təhdidə, asıb kəsməyə keçirlər. O günü bununla bağlı feysbukda hətta status belə yazdım. Olduğu kimi təqdim edirəm burda da oxuyun: "Rəsmi qurumlarda rəhbər vəzifədə olan şəxslərin məntiqinə və mətbuatı şantaj etmək qabiliyyətinə heyranam. Həmin qurumlardan yazan kimi zəng-zəng dalınca gəlir ki, bəs siz dövlətin yanındaydınız noldu müxalifətə keçibsiniz? Guya yalnız bunlar dövlətidirlər. Ay qardaşlar, ay müəllimlər, ay əfəndilər, ay yoldaşlar, ay misterlər mən və saytımız siyasi partiya deyil ki, müxalifətə keçək. Biz mətbuat orqanıyıq, yaxşı işinizi də işıqlandırırıq, korrupsiyaya, rüşvətxorluğa, yeyintiyə bulaşdığınız məqamları da cəmiyyətə təqdim edirik. Ona qalsa nazirləri, komitə rəhbərlərini ümumiyyətlə dövlət qurumlarına rəhbərlik edənlərin əyriliklərini ən çox və ciddi tənqid edən Prezident İlham Əliyevdir. İndi deyəcəksiniz ki, Prezident də müxalifətə keçib. Bir məntiqiniz olsun”.

Bəli bunların məntiqi ilə düşünsək bu gün dövlətin yüksək postlarını tutan məmurlara qarşı ən real müxalif şəxs elə Prezident İlham Əliyevdir. Şükür ki, İlham Əliyev bu cür məmurlara qarşı müxalif olduğu kimi, həm də dövlətin rəhbəridir, prezidentdir. Tənqid etdiyi kimi cəzasını da verə bilir.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84