İlham Əliyev Gürcüstanın baş nazirini təbrik edib

16:39 - 01 Noyabr
    6530 oxunma

Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş Naziri Giorgi Qaxariyaya telefonla zəng edib. 

Bu barədə AZƏRTAC məlumat verib. Dövlətimizin başçısı Giorgi Qaxariyanı hakim “Gürcü Arzusu–Demokratik Gürcüstan” partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib. Gürcüstanın Baş naziri təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin gələcək perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84