İldırım çaxdı - 110 insan öldü

11:00 - 26 İyun
    1835 oxunma

Hindistanın Bihar və Uttar Pradeş ştatlarında son iki gündə ildırım vurması nəticəsində 110 nəfər dünyasını dəyişib.

“RİA Novosti”xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakərlərə qarşı Mübarizə Departamentindən bildirilib.

Daha əvvəl Hindistanın Bihar ştatında ildırım vurması nəticəsində ölənlərin sayının 83 nəfərə çatdığı deyilmişdı. 

Öz növbəsində Uttar Pradeş ştatının səlahiyyətliləri 3 nəfərin çərşənbə günü, 24 nəfərin isə cümə axşamı ildırım vurmasından öldüyünü açıqlayıb. Biharda 20, Uttar Pradeşdə 12 nəfər olmaqla ümumilikdə 32 nəfər ildırım vurması nəticəsində yaralanıb. Onların hamısı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hindistanın Baş naziri Narendra Modi “Twitter” hesabında başverənlərlə bağlı yazaraq ölənlərin ailəsinə və yaxınlarına başsağlığı verib./report


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84