İki yaşlı uşaq maska taxmadığı üçün ailə təyyarədən qovuldu - VİDEO

09:43 - 22 Avqust
    3370 oxunma

İki yaşlı qızının maska taxmaq istəməməsinə görə qadın təyyarədən qovulub. NBC-nin məlumatına görə, hadisə ABŞ-ın Nyu-York şəhərində “JetBlue” aviaşirkətinin təyyarəsində baş verib.

Bildirilir ki, zərərçəkən Kaya Bruk altı uşaqla Orlandodan Bruklinə – evinə qayıdırmış. Təyyarədə stüardessa Brukdan balaca qızının ağzını maska ilə bağlamasını tələb edib, lakin uşaq heç cür buna imkan verməyib. Bundan sonra ailədən təyyarəni tərk etmək tələb olunub.

Nəticədə qadın uşaqları ilə birlikdə təyyarəni tərk etməli olub. Bununla bağlı yayılan kadrlar sosial şəbəkə istifadəçiləri tərəfindən qəzəblə qarşılanıb. Onlar təyyarədəki heyət üzvlərini kobud davranışa görə qınayıblar.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84