İki tondan artıq narkotik vasitə məhv edildi - Foto

13:28 - 18 İyul
    2530 oxunma

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində Regional Şöbəsi və Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Mosul kəndində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, ümumi çəkisi 2 tondan artıq olan 6285 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib. Faktla bağlı araşdırma aparılır.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84