. .

İdman zalında saxlanılanlardan biri deputat Malik Həsənovun oğlu imiş - VİDEO

12:50 - 27 Aprel
    13169 oxunma

Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar olaraq həyata keçirilən nəzarət tədbirləri zamanı fəaliyyətinə müvəqqəti icazə verilmədiyi halda müştərilərə xidmət göstərən daha bir obyekt aşkar edilib.

Bizimxeber.az bildirir ki, bu barədə mətbuata Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Keçirilən profilaktik tədbir zamanı müəyyən edilib ki, rayon ərazisində yerləşən “Anderqraund” adlı idman zalı xüsusi karantin rejiminin tələblərini pozaraq müştəri qəbul edir. 

Obyektə baxış zamanı orada olan ümumilikdə 56 nəfər şəxsin karantin rejiminin tələblərini pozması aşkar edilib.

Həmin şəxslərdən “Covid 19” virusunun yoxlanılması məqsədi ilə test nümunələri götürülüb. Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokollar tərtib edilib və cərimələniblər. Obyektin icarədarı Rafiq Günəşov barəsində isə Nəsimi RPİ-də araşdırmalar davam etdirilir.

***

Araşdırma zamanı bəlli olub ki, idman zalında saxlanılan şəxslərdən biri də deputat Malik Həsənovun oğlu İsmayıl Həsənov imiş.

Qeyd edək ki, deputat Malik Həsənov uzun illər Əmlak Komitəsinin rəhbəri, hazırda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri vəzifəsində çalışan Kərəm Həsənovun qardaşıdır.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84