İctimai nəqliyyatda maska taxmayanlar cərimələnəcək

11:32 - 12 May
    760 oxunma

Bakıda ictimai nəqliyyatda qoruyucu maskalardan istifadə etməyən şəxslər cərimə ediləcək.

Bu barədə Nəsimi Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin rəisi Elçin İsgəndərov məlumat verib.

"Paytaxt sakinlərimizdən xahiş və tələb edirəm ki, qoruyucu maskalardan istifadə etsinlər. Çünki ictimai nəqliyyatda qoruyucu maskalardan istifadə etməyən vətəndaşlar barəsində İnzibati Xətalar Məcəlləsinə (İXM) müvafiq olaraq inzibati cərimə və inzibati həbs məsuliyyət tədbirləri görüləcək. İnzibati cərimə tətbiq etmiş vətəndaşlar təkrar qaydaları pozduğu halda inzibati həbs tətbiq olunacaq.

Cərimələrin miqdarı fiziki şəxslər üçün 100 manatdan 200 manatadəkdir", - E.İsgəndərov bildirib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84