İcra Hakimiyyətində əməliyyat keçirilir -  YENİLƏNİR - SON DƏQİQƏ

13:13 - 19 Avqust
    3550 oxunma

Baş Prokurorluq Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi faktını təsdiqləyib. 

Bizimxeber.az bildirir ki, Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata gõrə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

RİH-in azı 5 vəzifəli əməkdaşı saxlanılıb. Qeyd edək ki, Kürdəmir RİH-nin başçısı Ceyhun Fərrux oğlu Cəfərovdur. O, 2014-cü ildən bu vəzifədə çalışır.

***

Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilir. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat vətəndaşlardan daxil olan şikayətlər əsasında aparılır.

Saxlanılanların olduğu bildirilir.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84