.
.

İcra başçısının bacısı oğlu həbs edildi

15:37 - 24 Fevral
    11040 oxunma

Abşeron rayon icra başçısı İradə Gülməmmədovanın bacısı oğlu Babək Alıyev məhkəmə zalında həbs edilib.

Bizimxeber.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda Abşeron Rayon İcra Hakimiyyətinin həbsdə olan Memarlıq və tikinti şöbəsinin sabiq müdiri (baş memar) Akif Əliyev, Abşeron Rayon İcra Hakimiyyəti MKTB-nin Xırdalan şəhəri 3 saylı mənzil təsərrüfat istehsalat istismar-təmir sahəsinin sabiq rəisi Murad Əhmədov, Cəfər Əkbərov, Seymur İsmayılzadə, Şamil Xəlilov, Emin Süleymanov, Babəl Alıyev, Tural Ağaməmmədov və Novruz Əliyev və daha 5 nəfərin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hazırlıq iclasında Babək Alıyev və Tural Ağamməmmədov barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib. Hər iki şəxs məhkəmə zalında qandallanaraq həbsə alınıb.

Məlumata görə, Babək Alıyev Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın bacısı oğludur. Digər həbs edilən şəxs Tural Ağaməmmədov isə Abşeron rayon Aşağı Güzdək bələdiyyəsinin sədr müavini olub.

Həbs edilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma), 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə), dələduzluq və digər maddələri ilə ittihamlar irəli sürülüb.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84