İcra başçısı məktəb yolunu zəbt edib -  Vətəndaşdan hökümətə yaxşı sual - VİDEO

12:46 - 11 Sentyabr
    1205 oxunma

Tərtərin icra başçısı Müstəqim Məmmədov 96 saylı Tərtər Peşə Liseyinə gedən səkini zəbt edib. Bizimxeber.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə həmin ərazidən çəkilmiş video yayılıb. Videonu "Facebook" hesabında hüquqşünas Mehman Muradlı paylaşıb.

Müzakirəyə səbəb olan videoda aydın görünür ki, icra başçısı məktəblə yanaşı villa tikdirib. Villanın divarları isə az qala, yola qədər çıxır. Səkinin digər yarısında isə villanın ətrafı yaşıllıq olsun deyə, ağaclar əkilib.

Beləcə, səki ilə hərəkət etmək mümkünsüz hala gəlib. İndi şagirdlər məcburdurlar ki, maşın yolu ilə hərəkət etsinlər. Bu isə çox təhlükəlidir. Videonu çəkən şəxs "Əgər Müstəqim Məmmədov yaşıllıq salmaq istəyirsə, məktəb səkisini niyə bağlayır", - deyə sual edir.

Həmin videonu təqdim edirik:

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84