İcra başçısı istefa verən bələdiyyə sədrini yeni vəzifəyə təyin etdi
-
6480 oxunma
SİZİN REKLAM YERİNİZ

Sumqayıt Bələdiyyəsinin keçmiş sədri Sultan Əsədov yeni vəzifəyə təyin olunub.
Ötən həftə Sumqayıt Bələdiyyəsinin sədri vəzifəsindən istefa verən Sultan Əsədov yeni posta təyin olunub. O, bundan sonra Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı yanında Sərnişindaşıma və Nəqliyyat İdarəsinin rəisi vəzifəsini tutacaq.
S.Əsədov Yeni Azərbaycan Partiyasının üzvüdür. 2009-cu və 2014-cü illərdə Sumqayıt Bələdiyyəsinə üzv seçilib və sədr müavini işləyib. 21 aprel 2016-cı il tarixində keçirilən iclasda qurumun sədri məsələsi səsverməyə çıxarılıb və S. Əsədov Sumqayıt Bələdiyyəsinin sədri vəzifəsinə seçilib. Ötən həftə o, öz ərizəsi ilə sədr vəzifəsindən azad olunub.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmiziHaqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84