. .

İcra başçısı həyat yoldaşına 350 min manatlıq avtomobil alıb - Novxanıda iki bağ evi

17:17 - 11 Aprel
    13046 oxunma

Ağstafanın 35 yaşlı icra başçısı Seymur Orucovun həyat tərzi barədə ölkə mətbuatında maraqlı informasiyalar yayılıb. 

Bizimxeber.az gundelik-baku.com-a istinadən bildirir ki, icra başçısı qiyməti 350 min manat olan 10 NK 200 dövlət nömrə nişanlı “GMC Yukon Denali” markalı avtomobili qardaşı Vasif Orucovun adına alaraq, həyat yoldaşı Çeşmi xanımın ad gününə hədiyyə edib. Çeşmi xanım bağça müdirəsi olduğu Maştağa qəsəbəsindəki bağçaya 350 minlik avtomobildə gedib-gəlir.

Sayt yazır ki, Çeşmi Hacıyeva keçmiş millət vəkili, İqtisad Universitetinin sabiq rektoru Şəmsəddin Hacıyevin qızıdır. Atasının zamanında universitetdə dekan vəzifəsində çalışıb.

Sonradan universitetin yeni rektoru Ədalət Muradov Çeşmi xanımı vəzifədən çıxarıb. Bildirilir ki, öncə dekan, sonra isə bağça müdirəsi olan Çeşmi xanım istixana sahibidir.

Onun "Azəriqaz"a 115 min manat borcu var. Birincisi, dekan, sonra bağça müdirəsi olan, yəni təhsil sahəsində vəzifə tutan  bu gənc xanım necə istixana sahibi, yəni sahibkar-biznesmen ola bilər?

Sayta həmçinin iddia edir ki, Seymur Orucov Novxanı ərazisində dəyəri yarım milyon manata yaxın olan iki bağ evi alıb.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84