Hyuston polis rəisindən Trampa: "Yum ağzını"

16:01 - 02 İyun
    970 oxunma

ABŞ-da Hyuston şəhərinin polis rəisi Art Akevedo da nümayişçilərə qoşularaq, Donald Trampa qarşı olduğunu nümayiş etdirib. Trampın ötən gün nümayişçilərə qarşı daha sərt tədbirlər görmək çağırışına cavab olaraq polis rəisi Trampa, "Yum ağzını", deyib: "Bu ölkənin polis rəisləri adından ABŞ prezidentinə bunu demək istəyirəm. Söyləyəcək tutarlı bir şeyin yoxdusa, zəhmət olmasa yum ağzını. Çünki 20 yaşlarında olan qadın və kişiləri riskə atırsan. Məsələ hakimiyyət qurmaq deyil, insanların qəlbini qazanmaqdır. İnsanlar nəzakəti zəiflik olaraq görməməlidirlər".
 
Qeyd edək ki, ötən gün Ağ Ev rəhbəri qubernatorlarla keçirdiyi telekonfransda nümayişçilərə qarşı daha sərt tədbirlərin görülməli olduğunu deyib. Bildirib ki, onları tutmaq, 10 il həbsdə saxlamaq lazımdır. Əks-halda bu tip hadisələrin qarşısını almaq mümkün olmayacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84