Hulusi Akar Zakir Həsənova zəng etdi

14:08 - 17 Oktyabr
    4610 oxunma

Türkiyənin Müdafiə Naziri Hulusi Akar və Azərbaycanın Müdafiə Naziri General Zakir Həsənov arasında telefon danışığı baş tutub. Bu barədə Türkiyə Müdafiə Nazirliyinin rəsmi Feysbuk hesabında məlumat verilib.

Telefon danışığı zamanı  hər iki ölkənin Müdafiə nazirləri Azərbaycanın işğal olunmuş ərazilərini azad etmək üçün başlatdığı əməliyyatlarla bağlı son vəziyyət müzakirə edib.

Hulusi Akar Füzuli şəhərinin işğaldan azad edilməsi və mülki yaşayış məntəqələrini atəşə tutan Ermənistana məxsus iki SU-25 döyüş təyyarəsinin məhv edilməsi münasibətilə Azərbaycan Ordusunu təbrik edib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84