“Holcim” “Gilan İnşaat”ı məhkəməyə verdi

11:08 - 02 Sentyabr
    1825 oxunma

2006-cı ildə kommersiya və yaşayış obyektlərinin beynəlxalq səviyyədə layihələndirilməsi və inşaat edilməsi ilə məşğul olan “Gilan İnşaat” MMC şirkəti məhkəməyə verilib.

Bizimxeber.az Banker.az-a istinadən xəbər verir ki, məhkəməyə verən ölkənin böyük sement istehsalçısı olan “Holcim Azərbaycan” ASC-dir. “Holcim Azərbaycan” bununla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib. Məhkəməyə müraciətində “alqı-satqı müqaviləsi” üzrə mübahisələrin baş verdiyi anlaşılır. 

Sement istehsalçısı ilə inşaat şirkəti arasında müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrə aydınlıq cari ayın 7 də gətirləcəyi gözlənilir. Hazırda iş icraatdadır. “Gilan İnşaat”, “Gilan Holding” MMC-nin törəmə şirkətidir. Azərbaycanla yanaşı, Birləşmiş Ərəb Əmirliyi, Gürcüstan və digər ölkələrdə inşaat layihələrini reallaşdırır.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84