Hindlilərin 70 faizi peyvənd olunmaq istəmirlər

22:33 - 20 Dekabr
    2100 oxunma

Hindistan sakinlərinin demək olar ki, 70 faizi koronavirusa qarşı peyvənd edilməyi planlaşdırmırlar. Bu barədə "The Indian Express" bildirib.

Məlumata görə, əhalinin aşılanmaq istəməməsinin əsas səbəbləri peyvəndin kənar təsirləri barədə məhdud məlumatlar, onun effektivliyinə şübhələr və öz imunitetlərinin infeksiyadan qoruyacağına inamdır. 

Sorğu Hindistanın 242 bölgəsində aparılıb və 18 mindən çox insanın iştirakı ilə keçirilib. 18 dekabrda Hindistan Səhiyyə Nazirliyi ölkədəki koronavirusa qarşı aşılamanın pulsuz və könüllü olacağını açıqlayıb. Ölkədəki 1,3 milyard insanın çox hissəsinin peyvənd edilməsinin bir ildən çox vaxt aparacağı bildirilir.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84