Hikmət Hacıyev: “Azərbaycan ordusu sülhəməcburetmə əməliyyatlarını davam etdirir”

17:18 - 03 Oktyabr
    820 oxunma

“Ermənilər Azərbaycanı ağır artilleriyadan atəşə tutmağa davam edir”. Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. 

O bildirib ki, bu, bir daha sübut edir ki, ermənilər sivil davranışlardan tamamilə uzaqdırlar: “Biz bununla bağlı ictimaiyyətə və beynəlxalq təşkilatlara müraciət edirik ki, müharibə şəraitində mülki insanların və mülki obyektlərin qorunması beynəlxalq humanitar hüququn, Cenevrə Konvensiyasının tələbləridir.

Lakin Ermənistan bundan tamamilə kənar dövlət olduğunu hər dəfə sübut edir. Bunun qarşılığında isə Azərbaycan yenə öz yüksək etik və əxlaqi dəyərlərini nümayiş etdirərək, beynəlxalq hüquq əsasında ancaq seçilmiş hərbi hədəflərə qarşı əməliyyatlar həyata keçirir”. 

O bildirib ki, Azərbaycan silahlı qüvvələri cəbhə xəttinin bütün istiqamətləri üzrə effektiv və sülhəməcburetmə əməliyyatlarını davam etdirir: “Bizim məqsədimiz ərazilərimizi işğaldan azad etməkdir. Ermənistan tərəfi son dövrlər raket texnologiyasından da istifadə edir. Biz bunu qəti şəkildə pisləyirik”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84