Hikmət Hacıyev: “Atam dedi ki, Ali Baş Komandanın hər bir əmrinə hazıram”

22:48 - 11 Oktyabr
    1550 oxunma

"Mən ümumiyyətlə şəxsi məsələlərlə bağlı müsahibə verməkdən həmişə çəkinmişəm. Mənim atam da Gəncə sakinidir”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın ötən gecə Gəncə şəhərini raket atəşinə tutmasına münasibət bildirərkən deyib. H.Hacıyev qeyd edib ki, hadisə onların Gəncədəki evlərindən bir neçə yüz metr kənarda baş verib. 

"Hadisə də bizim evimizdən bir neçə yüz metr aralıda baş vermişdir. Atam da Gəncə şəhərində yaşayır, Gəncə sakinləri ilə bir yerdədir. Onun 82 yaşı var və mənə dedi ki, Ali Baş Komandanın hər bir əmrinə hazıram”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84