Heydərovun bacanağı FHN-dən 438 min manatlıq tender uddu - FOTO

16:44 - 08 Dekabr
    1820 oxunma

Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi 438 min 769 manat 43 qəpik dəyərində mətbəə məhsulları alınması üçün tender keçirib. 

Müsabiqənin qalibi CBS-PP MMC olub. Tenderin detalları barədə ətraflı məlumat verilməyib. 01.10.2020 tarixində başlanma tarixi elan olunan tenderdə iştirak haqqı kimi 800 manat tələb olunub. Satınalmanın qalibi olan şirkət 1998-ci ilin sentyabr ayının 2-də qeydiyyata alınıb.

Nizamnamə kapitalı 338 min 579 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Mikayıl Müşfiq, ev 12, m. 34, qanuni təmsilçisi İsmayılov Hikmət Əbuzər oğludur. Mediada yer alan məlumatlara görə CBS-PP MMC-nin qanuni təmsilçisi olan Hikmət İsmayılov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır.

Hikmət İsmayilovun həm də Kəmaləddin Heydərova məxsus AFB Bank ASC-nin əsas səhmdarı olduğu da bildirilir.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84