Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə onlayn aksiyaya start verilib

20:50 - 10 May
    1275 oxunma

Gənclər və İdman Nazirliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə “Heydər Əliyev: XXI əsri görən siyasətçi” adlı gənclərin onlayn aksiyasına start verib.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, Ulu Öndərin Azərbaycan Gənclərinin I və II forumlarında gənclər barədə fikirlərinin videoyazısının, onun gənclərlə görüşləri zamanı çəkilmiş nadir fotoşəkillərin aksiya çərçivəsində ilk dəfə olaraq kütləvi şəkildə gənclər tərəfindən paylaşılması nəzərdə tutulub.

Aksiyada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu günümüz, müasir problemlərlə bağlı dediyi fikirlər, düşüncələr, kəlamlar, eyni zamanda, Heydər Əliyev ilə bağlı hazırlanmış filmlər gənclər tərəfindən sosial şəbəkələrdə işıqlandırılacaq. Bundan başqa, Heydər Əliyev Fondunun, Gənclər və İdman Nazirliyinin və Bakı Media Mərkəzinin hazırladıqları musiqi, film və videoçarxlardan aksiya çərçivəsində istifadə ediləcək.

Hər bir gənc “Facebook” sosial şəbəkəsində örtük şəklini yeniləməklə, profil şəklinə xüsusi hazırlanmış çərçivəni əlavə etməklə və “Facebook”, “Twitter”, “Instagram”, eləcə də digər sosial şəbəkə profillərində #HeydərƏliyev, #HeydərƏliyev97, #MysGovAz və #GənclərvəİdmanNazirliyi həştəqlərindən istifadə edərək məlumatlar paylaşmaqla aksiyada iştirak edə bilər. Paylaşımlar edilərkən sosial şəbəkə hesabı “açıq” (public) olmalıdır.

Ulu öndər Heydər Əliyevin fikirləri və gələcəyə baxışları foto, video və tvit formatlarında ümumi bazada toplanıb. Həmin bazada fotoşəkilləri https://bit.ly/2WdLtVZ, film və videoları https://bit.ly/2WzjkYl, tvitləri isə https://bit.ly/2yru82J keçidləri vasitəsilə əldə etmək mümkündür.

“Facebook” sosial şəbəkəsində örtük şəklini dəyişmək üçün https://bit.ly/2SLbtG6, profil şəklinə xüsusi hazırlanmış çərçivəni əlavə etmək üçün isə https://bit.ly/3ft5nUk keçidlərindən istifadə etmək lazımdır. Elektron poçt ünvanında aksiyanın imzasının yerləşdirilməsi haqqında təlimat https://bit.ly/2YHaQB2 keçidində təqdim edilib. Əlavə ediləcək imza isə https://bit.ly/3bfqG8H keçidində verilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84