Həsənovun polisdən qovulan qayını niyə əsəbiləşir? - AÇIQLAMA

15:51 - 16 Fevral
    12040 oxunma


“Biz dövlət qulluqçusuyuq. Dövlət qulluqçuları dövlət tərəfindən vəzifəyə təyin olduqları kimi, azad da edilə bilərlər”.

BizimXeber.az bildirir ki, bunu pravda.az-a açıqlamasında xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilən Cəbrayıl Vəliyev deyib.

“Sosial şəbəkələrdə yayılan söz-söhbətlərə gəlincə, mən sosial şəbəkələrdə işləmirəm, daxili işlər orqanlarının əməkdaşıyam. Biz harda olsaq da, dövlətə və dövlətçiliyə bağlı insanlarıq”,- deyə C.Vəliyev əlavə edib.

O, əsəbiləşdiyindən əlavə suallara cavab verməkdən imtina edib.

Qeyd: Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsində Cinayət Axtarış İdarəsinin rəisi Cəbrayıl Vəliyev fevralın 12-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmri ilə vəzifəsindən azad edilib. Əmrə əsasən, C.Vəliyev xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.

Xatırlatma: C.Vəliyev daha əvvəl Salyan Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb və o, Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun qayınıdır.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84