Hərbi təlimlərə çağırılan minlərlə gənc koronavirus testindən keçibmi?

13:07 - 23 Sentyabr
    1840 oxunma

Dünyada, eləcə də Azərbaycanda hələ də koronavirus təhlükəsi davam etməkdədir. Ötən gün Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində COVID-19-la bağlı məlumat yaydı. Məlumata görə, sentyabrın 22-də 36 şagirddə hərarət 37 dərəcədən yüksək olub. Yeddi nəfər işçi heyətdə də 37 dərəcədən yüksək olub. On şagirddə, yeddi nəfər işçi heyətdə isə koronavirus aşkarlanıb. 

Bütün bu hallar virusun insanların çoxluq təşkil etdiyi yerlərdə yayılması faktını bir daha təsdiqləyir.

Elə isə daha bir məqam.

Bizimxeber.az xatırladır ki, bir neçə gündür Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti minlərlə gənci təlimlərdə iştirak etmək üçün poliqonlara toplayır. Əksəriyyət bunu səfərbərlik saysa da, əslində bu təlimdir. Bu zaman ortaya suallar çıxır. Bu gənclər koronavirus testindən keçirilibmi? Müxtəlif rayonlardan olan minlərlə gəncin evindən bir başa poliqonlara aparılması, hazırda orduda xidmət edən həbçilərimizin onlarla təması, daha sonra bu həbçilərin hazırda xidmət edən əsgərlərlə təması koronavirusun kütləvi yayılmasına rəvac verməzmi? Sosial şəbəkələrdə yayılan məlumatlardan bəlli olur ki, gənclərin əksəriyyəti gecə saatlarında təcili olaraq hərbi komissarlığa çağırılıb. Bu o deməkdir ki, onlardan koronavirus testi götürülməyib. Bu barədə hələlik heç bir rəsmi məlumat verilməyib. 

Bu prosses ciddi yoxlama və nəzarət altında aparılmalıdır. Gənclərin hər birindən koronavirus testi götürülməlidir. Müharibəyə hazırlaşdığımız ərəfədə yoluxmanın sayını azaltmaq üçün hər bir qurum, vətəndaş əlindən gələni etməlidir.

Suallar hələlik açıq qalır. Aidiyyatı qurumların mövqeyini gözləyirik.

Bizimxeber.az 

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

[email protected];[email protected]
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84