Hərbi ekspert: "Qazimizin intiharının arxasında nələrin olduğunu heç kim bilmir..." (VİDEO)

12:14 - 07 Yanvar
    1210 oxunma

"Düşünürəm ki, bununla Respublika Hərbi Prokurorluğu, Müdafiə Nazirliyi cox ciddi məşğul olacaqlar". Bunu açıqlamasında hərbi ekspert Ədalət Verdiyev vətən müharibəsi qazisi Vüsal Musayevin intihar hadisəsinə aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, baş verən intihar hadisəsinin arxasında nələrin olduğunu heç kim bilmir: "Müdafiə Nazirliyi hadisəni araşdıracaq və səbəbini açıqlayacaq. Amma istənilən halda bu, xoşagələn hadisə deyil".

  

Qeyd edək ki, vətən müharibəsi qazisi Vüsal Musayev yanvarın 6-da müalicə aldığı hərbi hospitalda intihar edib.

Xatırladaq ki, qazi Vüsal Musayev gərgin döyüşlər nəticəsində kəllə-beyin travması alib. Şəhidimizin 2 azyaşlı körpəsi var. V.Musayev Kəlbəcərin Zəylik kəndindən idi. Yaxınlarının verdiyi məlumata görə, o, Talış istiqamətində aldığı xəsarət nəticəsində yaddaşını itirib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84