Hərbçilərə verilən daimi mənzillərlə bağlı narazılıq - "Çıxarış varsa..."

16:08 - 01 İyun
    2250 oxunma

20 ildən artıq qüsursuz xidmət keçən hərbiçilərin mənzillə təminatı prosessi davam etdirilir. Lakin Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə sonuncu dəfə 436 hərbi qulluqçuya verilən mənzillərin müqavilə şərtlərində olan bəzi nüanslar hərbiçilər arasında ciddi çaşqınlıq yaradıb. Daha doğrusu, Mənzil İnşaatı Dövlət Agentliyi ilə Müdafiə Nazirliyi arasında bağlanmış müqavilə şərtləri güzəştli mənzillər qrupuna aid edilib. Əslində isə bu mənzillər ölkə başçısı tərəfindən hərbiçilərə daimi verilib və pulu dövlət tərəfindən MİDA-ya ödənilib. 

Mənzil alan hərbiçilər tərəfindən Bizimxeber.az-a göndərilən müraciətdə qeyd olunur ki, Prezident İlham Əliyev tərəfindən Hövsan yaşayış kompleksində onlara verilən daimi mənzillərin “Alqı-Satqı" Müqaviləsində ciddi şərt var. Şərtə görə, bu mənzillər 3 il satışa çıxarıla, kirayə verilə bilməz.

Amma hərbiçilər bildirir ki, prezident İlham Əliyevin bu günədək - Yasamal, Nərimanov rayonu ərazisində, Badamdar qəsəbəsində, Gəncə şəhərində hərbiçilərə verdiyi daimi mənzillərin heç birində bu şərtlər tətbiq edilməyib.

Sözügedən Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin 11 müddəasında qeyd olunur:

“Azərbaycan Respublikasının Prezidenti yanında MİDA-nın fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanın 8-ci hissəsinin tələbinə əsasən, Qaydada nəzərdə tutulmuş mənzillərin əvəzləşdirilməsi halları istisna olmaqla, Azərbaycan Respublikasının Prezidenti yanında MİDA-nın sərəncamında olan mənzili “GÜZƏŞTLƏ ƏLDƏ ETMİŞ” Azərbaycan Respublikası vətəndaşlarının həmin mənzili 3 il müddətində özgəninkiləşdirə, bu mənzilin kredit hesabına Cəmiyyətdən əldə edilməsi üçün ipoteka ilə yüklü edilməsi halları istisna olmaqla, digər öhdəliklərin təminatı məqsədi ilə ipoteka ilə yüklü edə, habelə 3 il müddətinə icarəyə və kirayəyə verə bilməməsi “Alıcıya” izah olundu.”

Məsələylə bağlı əmlak məsələləri üzrə eksper Ramil Osmanlı Bizimxeber.az-a verdiyi açıqlamada bildirdi ki, Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə verilən bütün evlərdə bu qaydalar mövcuddur. Amma burda söhbət hərbiçilərə verilən daimi evlərdən gedirsə, o zaman bu məsələləri Müdafiə Nazirliyi ilə Mənzil İnşaatı Dövlət Agentliyi aydınlaşdırmalıdır. Çünki Mənzil İnşaatı Dövlət Agentliyinin tikib təhvil verdiyi ümumi qaydalar eynidir. Diğər tərəfdən bu mənzillərin pulu tam olaraq Müdafiə Nazirliyi tərəfindən MİDA-ya ödənilib. İstisna hal olaraq bu mənzillər ölkə prezidenti cənab İlham Əliyev tərəfindən hərbçilərə birdəfəlik verilibsə, bu məsələlərə diqqət olunmalıdır. 

Həmçinin mülkü qanunvericiliyə görə, hərbiçilər mənzilin çıxarışını əldə edə bilirsə o zaman bu mənzillərin satışına, kirayə verilməsinə heç bir məhdudiyyət də qoyula bilməz: "Alqı-Satqı müqaviləsi çıxarışın əldə olunmasına kimi qüvvədə olan sənəd hesab olunur. Yəni əgər əldə mülkiyyət hüququnu təsdiq edən sənəd  - çıxarış varsa o zaman müqavilə öz qüvvəsini itirir. Əgər çıxarış varsa və bu sənədin üzərində müvafiq icra hakimiyyəti orqanı tərəfindən heç bir yüklülük qoyulmayıbsa mənzilin sahibi gələcəkdə rahat şəkildə bu mənzili ala, sata, bağışlaya bilər. Sadəcə olaraq müəyyən normativ aktlar arasında müəyyən uyğunsuzluqlar var və bu narahatçılıqlar da bundan irəli gəlir".

Azad
Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84