“Hər yerdə qan var idi, dəhlizlərdə və palatalarda” - Fransız jurnalist + Video

10:45 - 30 Oktyabr
    3090 oxunma

“VICE News” informasiya agentliyinin jurnalisti Hind Hassan öz instagram hesabında Bərdədən video yayımlayıb. Yaralıların daşındığı xəstəxananın qarşısından reportaj hazırlayan fransız jurnalist Hind Hassan hadisə ilə bağlı təfərrüatları və gün ərzində şahidi olduğu faktları bölüşüb.

“Bu gün Bərdədə raket zərbələri endirilən yerə və zərərçəkənlərin daşındığı xəstaxanaya getdik. Bir adamın ayağı kəsildikdən sonra əməliyyat olunduğu və digər bir kişinin həkimlər və tibb bacıları tərəfindən onu xilas etmək cəhdindən sonra öldüyünü izlədikləri xaotik səhnələri gördük.

Hər yerdə qan var idi, dəhlizlərdə və palatalarda”,- deyə jurnalist qeyd edib.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84