“Həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi regional sülhə ciddi təhdid yaradır”

00:25 - 19 İyul
    3175 oxunma

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviç son günlər cəbhə xəttində şəhid olan hərbçilərə görə Azərbaycan Prezidenti İlham Əliyevə baş sağlığı verib. 

Başsağlığı mətnində deyilir: “Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində artilleriya hücumu nəticəsində həlak olanların ailələrinə mənim dərin başsağlığımı çatdırmağınızı Sizdən xahiş edirəm. Həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi ağır fəsadları ilə regional sülhə ciddi təhdid yaradır.

Ümidvaram ki, vəziyyət sabitləşəcək və Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun surətdə sülh yolu ilə davamlı həllinə nail olunacaq”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84