Həkim Əmrah Fəqanoğlunun vəziyyətindən danışdı

17:07 - 24 İyul
    11475 oxunma

   İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) koronavirusa yoluxan böyük redaktoru Əmrah Fəqanoğlunun vəziyyəti stabil-ağır olaraq qalır.

Bizimxeber.az xəbər verir ki, bu barədə onun müalicə aldığı "Yeni Klinika” tibb müəssisəsindən məlumat verilib.  Klinikadan bildirilib ki, Ə.Fəqanoğlunun vəziyyətində ciddi dəyişiklik müşahidə edilmir:  "Vəziyyəti ağırdır. Süni tənəffüs cihazına qoşulu vəziyyətdədir. Xəstə ağır sepsis vəziyyətindədir.

Hazırki vəziyyətdə xəstəliyin gedişatı barədə hər hansı fikir söyləmək üçün çox tezdir”. Xatırladaq ki, Əmrah Fəqanoğlu iyulun 18-də "Yeni Klinika” tibb müəssisəsinə yerləşdirilib.

Bizixmeber.az

   



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84