“Heç onu çəkməyə də ehtiyac yox idi”

17:58 - 09 Aprel
    20499 oxunma

Sosial şəbəkələrdə Ana Vətən Partiyasının Bərdə rayon təşkilatı adından yaşlı insanlara çörək paylanılması barədə yayılan video birmənalı qarşılanmayıb. Partiyanın rayon təşkilat sədrinin bu təşəbbüsü tənqid edilib. Bildirilir ki, partiya təmsilçisinin 3 çörəyə görə yaşlı adamla bu cür davranışı etik deyil.

Deputat Fəzail Ağamalı rayon təşkilat sədrinin belə addımından xəbərsiz olduğunu diqqətə çatdırıb: “Bu, həmin şəxsin öz təşəbbüsüdür. Niyyəti də o olub ki, yaşlı insanlar çölə çıxıb çörək almasın.

Çünki onların çörəyə ehtiyacı var. İndi bu təşəbbüsə hərə bir cür don geyindirir. Hər halda niyyət 65 yaşdan yuxarı insanların evdə qalmasına çağırışdır. Sonradan gördüm ki, o video sosial şəbəkələrə qoyulub. Arzulamazdım ki, video sosial şəbəkələrə qoyulsun. Heç onu çəkməyə də ehtiyac yox idi”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84