“Heç kimi evə tıxayıb qapılarını da lehimləyə bilməzsiniz – daha pis olacaq" - Azərbaycanda olan rusiyalı baş infeksionist

11:05 - 11 İyul
    2250 oxunma

"Biz istənilən halda korononavirusdan artıq qorxmuruq və ondan nə gözləyəcəyimizi bilirik. Sizin həkimlərinizə gəldikdə isə onların sadəcə, təcrübələri bir qədər azdır".

Bizimxeber.az xəbər verir ki, bu sözləri Azərbaycana təşrif buyurmuş rusiyalı mütəxəssislər qrupuna rəhbərlik edən tibb elmləri doktoru Vladimir Nikiforov "Sputnik Azərbaycan"a müsahibəsində deyib.

Baş infeksionist ölkəmizdə bir sıra pandemiya xəstəxanalarında olduğunu və mövcud vəziyyətlə tanış olarkən qənaətlərini bölüşüb:

"Bizdə pandemiya xeyli əvvəl başladı və ona görə də təcrübəmiz daha çox oldu. Ümumiyyətlə isə demək olar ki, heç kimin təcrübəsi yoxdur. Sadəcə, bizdə o, bir qədər çoxdur – zamana, xəstələrə görə, çünki ölkəmiz özü də böyükdür. Hər şey isə sıfırdan başladı, üstəlik, xatirinizdədirsə, Çindən, ona görə də hər kəs üçün xəstəlik tamamilə yenidir. Heç kim indiyədək onu necə müalicə edəcəyini bilmir. Ancaq müalicənin bir neçə mümkün variantlarından açıq-aşkar səhv olanları istisna edilirdi. Son nəticədə biz əsas xəstə kontingentinin həyatını qurtarmaq üçün daha adekvat tədbirləri müəyyənləşdirə bildik. Biz bu xəstəliklə daha effektiv mübarizə aparmaq üçün tədbirlər kompleksi işləyib-hazırladıq.

Demək olmaz ki, biz ona qalib gəldik, amma istənilən halda, korononavirusdan artıq qorxmuruq və ondan nə gözləyəcəyimizi bilirik. Sizin həkimlərinizə gəldikdə isə onlar da heç nə ilə geridə qalmırlar, sadəcə, təcrübələri bir qədər azdır, sizin xəstələriniz də bir qədər az, həkimlərinizin vaxtı dar idi. Onların da maraqlı tədbirləri ortaya çıxıb.
Ümumi istiqamət düz götürülüb, biz öz azərbaycanlı həmkarlarımıza azacıq düzəlişlər verdik. Ümumilikdə isə epidemioloji proses adi qaydada gedir. Absolyut karantin yaratmaq mümkün deyil. Siz heç kimi evə tıxayıb qapılarını da lehimləyə bilməzsiniz – daha pis olacaq. Amma tamamilə buraxmaq da olmaz. Dərhal xəstəxanalarınıza axın artacaq, ölüm halları, özü də əsassız, çoxalacaq. Sizin səhiyyə sisteminiz boğulacaq. Ona görə də belə yumşaq variantı seçirik. Bu hətta heç karantin də deyil, belə desək, məhdudlaşdırıcı tədbirlərdir.

Yəni evdən bayıra süd və çörək almaq üçün çıxmaq olar. Bizdəki tədbirlər sizdəkindən də yumşaq idi. Bizdə metro işləyirdi. Məhdudlaşdırıcı tədbirlər xəstəliyin kütləvi yayılmasına, yəni birdən-birə minlərlə adamın yoluxmağına imklan vermir. İnsanlar onsuz da tədricən xəstələnəcəklər və müalicə müəssisələri də sakit rejimdə çalışacaq. Onsuz da xəstəxanalara pasiyentlər qəbul olunacaqlar və proses də uzanacaq".


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84