. .

Həbsdəki polkovnik məhkəmə zalından azadlığa buraxıldı

15:30 - 07 May
    2219 oxunma


Bakı Hərbi Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Samiq Əzizovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

“Bizimxeber"-in  Report-a istinadən məlumatına görə, hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Əzizovun barəsində Cinayət Məcəlləsinin 70-ci (Şərti məhkum etmə) maddəsi tətbiq olunaraq, ona şərti cəza verilib. S.Əzizov məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsində çalışmış polkovnik S.Əzizov 2020-ci ilin may ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluğun keçirdiyi əməliyyat zamanı həbs edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84