Həbsdə 8 cəbhəçi var

15:18 - 03 Fevral
    8160 oxunma


Həbsdə olan AXCP üzvlərinin siyahısına nəzər salaq. 7 cəbhəçi azadlıqdan məhrumetmə cəzası çəkir. Jurnalist Elçin İsmayıllı 2017-ci il fevralın 17-dən həbsdədir. Hədə-qorxu ilə tələb etmədə təqsirli bilinən cəbhəçiyə 7 il cəza kəsilib.

Orxan Baxışlı 2018-ci il mayın 7-dən həbsdədir. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə saxlamada təqsirli bilinib. Cəzasının müddəti 3 ildir.  Aqil Məhərrəmov və Babək Həsənov 2018-ci il mayın 25-də tutulublar. Xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqda və mütəşəkkil dəstənin cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərinin leqallaşdırılmasında təqsirli bilinən cəbhəçilər 4 il və 3 il həbs cəzaları alıb.

2019-cu il oktyabrın 15-də tutulan Paşa Umudov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cəbhəçi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə saxlamada təqsirli bilinib. 2020-ci il aprelin 20-də Zamin Salayev böhtan və təhqirdə təqsirli bilinərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

2020-ci il iyulun 16-da tutulan Məhəmməd İmanlı 1 il müddətinə azadlıqdan məhrum olunub. İttihama əsasən, Məhəmməd İmanlı koronavirus xəstəsi ola-ola evdən çıxıb və epidemiyanın yayılması üçün real təhlükə yaradıb. Üstündə cinayət işi olan AXCP üzvlərindən Niyaməddin Əhmədov da həbsdədir. O, 2020-ci il aprelin 16-sı tutularaq 30 sutka inzibati həbsə məhkum edilib.

İnzibati həbs cəzası başa çatandan sonra Niyaməddin Əhmədov cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib. Terrorçuluğu maliyyələşdirmə; qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma; dövlət əleyhinə yönələn açıq çağırışlarda ittiham olunur. /Novator.az/

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84